Xəbər lenti

Dünya 14:08 28.09.2024

"Hizbullah" lideri öldürüldü, Əli Xamenei təhlükəsiz yerə köçürüldü

İranın ali dini lideri Ayətullah Əli Xamenei Livanın şiə "Hizbullah" təşkilatının lideri Həsən Nəsrullahın öldürülməsindən sonra ölkədəki təhlükəsiz yerə köçürülüb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən yazıb.

Onların sözlərinə görə, Xamneinin yerləşdiyi yerdə təhlükəsizlik tədbirləri gücləndirilib. İran rəsmilərinin də növbəti addımları müəyyən etmək üçün "Hizbullah" və regiondakı digər müttəfiqləri ilə daim əlaqə saxladıqları bildirilir.

Sentyabrın 27-də İsrail Beyrutun Dahiya rayonunun mərkəzindəki "Hizbullah"ın mərkəzi qərargahına hücum edib. İlkin olaraq media "Hizbullah"ın baş katibinin xəsarət almadığını bildirib. Eyni zamanda İsrail Livana irimiqyaslı zərbələr nəticəsində "Hizbullah"ın raket bölməsinin komandiri Məhəmməd Əli İsmayılı və onun müavini Hüseyn Əhməd İsmayılı öldürməyə nail olduğunu bildirib. Onlarla yanaşı, İsrail Müdafiə Qüvvələrinin (IDF)məlumatına görə, Livanın cənubunda raket bölməsinin digər komandirləri də məhv edilib.

IDF bu gün  Həsən Nəsrullahı öldürdüyünü rəsmən açıqlayıb.  O, hərəkata 32 il rəhbərlik edib və dünən Beyrutdakı qərargahına raket hücumu nəticəsində öldürülüb.
 
"İDF dünən (27 sentyabr) "Hizbullah" terror təşkilatının lideri və onun qurucularından biri Həsən Nəsrullahı, həmçinin "Hizbullah"ın cənub cəbhəsinin komandiri Əli Kərki və digər komandirləri öldürüb", deyə İDF-nin bəyanatında qeyd edilir.

Həsən Nəsrullah 1992-ci ildən "Hizbullah"a rəhbərlik edir. O, İsrail sələfini öldürdükdən sonra hərəkatın rəhbərliyinə keçib. "Hizbullah"ın özü hələ ki, liderinin ölümünü təsdiqləməyib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->