Millimizin baş məşqçisindən qələbə şərhi

Millimizin baş məşqçisindən qələbə şərhi

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Joze Alesio da Silva Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Moldova yığmasına qarşı keçirdikləri oyunu şərh edib.

Qaynarinfo xəbər verir ki, braziliyalı mütəxəssis 5:1 hesablı qələbə qazandıqları görüşdən sonra bunları söyləyib:

"Slovakiyaya qarşı yaxşı oynamamışdıq. Moldova yığmasının isə necə oynayacağını bilirdik. Buna görə də uşaqlara diqqətli olmağı, erkən qol vurmağı tapşırmışdım. Çünki hesabı tez açsaq, növbəti qolları da vuracaqdıq.

Ümumi götürsək, istədiyimiz alındı. Vacib olan nəticəni – qələbəni qazandıq. Moldova millisinin üzvləri fiziki planda güclüdürlər. Onlar daim hərəkətdə idilər.

Narazı qaldığım məqam hücumçumuz Rafael Vilelanın sarı vərəqə alması oldu. Artıq passivində 3 sarı vərəqə var və o, növbəti oyunda bizə kömək edə bilməyəcək”.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR