İdman 22:00 18.10.2019

Millimizin sabiq futbolçusu baş məşqçi oldu

"Turan Tovuz”un yeni baş məşqçisi müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu vəzifəyə 1990-cı illərin sonları, 2000-ci illərin əvvəlində millimizdə oynamış İlham Yadullayev təyin edilib. A kateqoriyalı məşqçi bu mövsümün sonuna kimi  komandanı çalışdıracaq.
 
Qeyd edək ki, "Turan Tovuz”u mövsümün əvvəlindən Azər Bağırov çalışdırırdı. Amma o, bir neçə gün öncə "Qəbələ”dən təklif aldığı üçün divizion klubundan ayrılmışdı.

Əlavə edək ki, "Turan Tovuz” hazırda birinci divizionda 15 xalla 1-cidir.