Foto 16:15 21.10.2021

Millimizin üzvlərinin yeni klubları müəyyənləşdi (FOTOLAR)

Voleybol üzrə millimizin bir neçə üzvünün yeni klubu müəyyənləşib.
 
Azərbaycan Voleybol Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə Şəfaqət Alışanova, Kseniya Pavlenko və Marqarita Stepanenko Yunanıstanda çıxış edəcəklər. Stepanenko "AO Panathinaikos Athens”lə, Şəfaqətlə Kseniya isə "A.O.F. Porfyras”la müqaviə bağlayıb.
 
Polina Rəhimova İtaliya təmsilçisi  "VBC Pomi Casalmaggiore”, Dmitriy Obodnikov İsraildə "Hapoel Kfar Saba”, Nikalina Başnakova Macarıstanda "1.MCM Diamant Kaposvari Nöi Röplabda Club”da, Roman Gurskii isə Makedoniyada "Vardar"ın formasını geyinəcəklər.
 
Voleybolçuların hamısının klublarla müqaviləsi 2021-2022 mövsümünü əhatə edəcək.
 
Səbuhi Həsənov