İdman 16:39 18.08.2019

Millimizin üzvü Çexiyada ilk qolunu vurdu

Çexiyanın Gənclər Liqasında II turun oyunları keçirilib.

Qaynarinfo xəbər verir ki, Fərid Nəbiyevin çıxış etdiyi "Slaviya"nın B komandası "Vltavin”i qəbul edib. Praqa təmsilçisi 4:1 hesablı qələbə qazanıb. 

Fərid meydana start heyətində çıxıb və 87-ci dəqiqədə əvəzlənib. 20 yaşlı futbolçu dəqiqədə komandasının sonuncu qolunu vurub. Bu, millimizin üzvünün yeni mövsümdə ilk qolu olub.

Bu qələbədən sonra xalını 6-ya çatdıran "Sparta B” turnir cədvəlində liderliyə yüksəlib.