İdman 16:59 19.10.2013

Millinin 15 illik baş məşqçisi istefa verdi


FİFA reytinqdə ən aşağı pillələrdə yer alan yığmalardan olan San Marino millisinin baş məşqçisi Qiampaolo Mazza istefa verib.

Qol.Az-ın məlumatına görə, baş məşqçi bu qərarı komandasının "DÇ-2014"ün seçmə mərhələsində Ukraynaya 0:8 hesabı ilə məğlub olmasından sonra verib.

Qeyd edək ki, Mazza 1998-ci ildən San Marino millisini çalışdırıb. Onun komandası indiyə kimi 75 rəsmi matçda yalnız bircə dəfə xal qazana bilib.
Belə ki, o, 12 il əvvəl dünya çempionatının seçmə mərhələsində Latviya ilə 1:1 bərabərə qaldığı oyunu xalla başa vura bilib. Bu nəticəsi ilə baş məşqçi ölkənin futbol tarixinə düşüb.

Yoldaşlıq görüşlərində Mazzanın komandası yalnız 2004-ü ildə Lixtenşteyni məğlub edə bilib. Bu, onun millidə yeganə qələbəsi olub.

Qaynar.info