İdman 13:49 14.09.2021

Millinin baş məşqçisindən etiraf: "Ronaldonu oynatdığıma görə peşman oldum"

Portuqaliya yığmasının baş məşqçisi Fernando Santuş keçmişdə Kristiano Ronaldo ilə bağlı yaşadığı peşmanlığı etiraf edib..

Qaynarinfo xəbər verir ki, Santuş hələ 2003-cü ildə "Sportinq"in baş məşqçisi olarkən Ronaldo ilə işləmək imkanı qazanıb. Həmin dönəmdə superulduzu az da olsa çalışdırmaq imkanı əldə etmiş Santuş ölkəsində televeziya proqramlarından brinə açıqlamasında 18 il əvvəl yaşadıqlarını danışıb. Həmin vaxt Santuşun baş məşqçisi olduğu "Sportinq" "Mançester Yunayted"lə qarşılaşıb. Mütəxəssis sözügedən görüşdə Ronaldonu meydana buraxdığı üçün peşman olduğunu bildirib: "Komandada Reynaldo və digərlərinə Ronaldoya ötürmə vermələrini söylədim. Elə də etdilər. Həmin gün Ronaldonu oynatdığıma görə peşman oldum və onu itirdim".

Dünyaca məşhur mütəxəssis Sir Aleks Ferqyusson inglis klubuna keçidi gündəmdə olan Ronaldonun oyununu həmin gün rəqib kimi izlədikdən sonra heyran qalmış və futbolçunun transferində nöqtəni qoymuşdu. 2003-cü ildə hələ 18 yaşı olan və parlaq gələcək vəd edən Ronaldo "Mançester Yunayted"ə transfer edilmişdi. İngiltərə nəhəngi bu transferə görə cəmi 19 milyon avro ödəmişdi.

12 ildən sonra "Mançester Yunayted"ə qayıdan hücumçu yeni-köhnə komandasının heyətində Premyer Liqada meydana çıxdığı ilk rəsmi matçında iki qol vurmaqla "Qırmızı şeytanlar"a qələbə qazandırmışdı.

Səbuhi Həsənov