Rokfeller, Kleyson, Remsi və Kiyosaki kimi milyonçular uğurları haqqında bir neçə kitab yazıb. Lakin onların bütün hikmətləri bir neçə sitatda cəmlənib.
Növbə maliyyə planlarına gəldikdə, çoxları "Mən bu barədə sabah düşünərəm" deyərək onu ertələyir. Bir qrup üçün planlaşdırma prosesinin özü çox mürəkkəbdir. Başqaları kitablardan və bloqlardan məlumat toplamağa ərinir. Həm də bu maliyyə "mütəxəssisləri" o qədər çoxdur k, nədən başlayacağını bilmirsən.
Bu yazıda oxucuları maliyyə dünyasının əfsanələrinin 4 məsləhəti ilə tanış edirik. Hansı ki, onlar sizi böyük sərvət sahibi edə bilər.
Möhkəm maliyyə bazasının yaradılması dörd sadə və effektiv addımlardan başlayır. Zənginliyə doğru gedən yol uzun olmasına baxmayaraq, məşhur milyonçuların məsləhətlərinə elə bu gündən əməl etməyə başlasanız, məqsəd və hədəflərə daha sürətli çata bilərsiniz. Və bu, boş söhbət deyil! Maliyyə dünyasının ən hörmətli nümayəndələri: Rokfeller, Kleyson, Remsi və Kiyosakinin dörd tövsiyəsini nəzərə almağa dəyər. Onların tövsiyələrinə əməl edin və pul elminə yiyələnin.
ABŞ milyonçusu Con Rokefeller varlanmağın ilk qanununda belə deyirdi: Ağıllı büdcə planlaşdırması aparın ki, heç bir dollar israfa getməsin!
Əsaslardan başlayaq. Hansı istiqamətdə hərəkət edəcəyinizə qərar verməzdən əvvəl harada dayandığınızı başa düşməlisiniz. Karyerasına çox cüzi imkanlar ilə başlayan və dünyanın ən zəngin adamı olan Con Rokfeller bunun ən yaxşı nümunəsini öz timsalında göstərirdi. Rokfeller ən gənc yaşlarından etibarən şəxsi mühasibat dəftəri tutmuşdu. O, aldığı, xərclədiyi, israf və sərmayə etdiyi hər bir dolları qeyd edirdi. Mühasibat onun həyat tərzinə çevrilmişdi, o hətta milyonlarla sahib olduqdan sonra maliyyə qeydlərini qətiyyətlə yazmağı dayandırmadı. Beşinci prospektdə Baptist Kilsəsindəki çıxışında Rokfellər dinləyicilərə aşağıdakı məsləhəti vermişdi:
"İcazə verin sizə kiçik bir məsləhət verim. Mənim kimi şəxsi mühasibat dəftəri tutun. Gündəlik gəlirinizi yazın və bütün xərclərinizi qeyd etməyə utanmayın. Bu, pul yığmağa imkan verəcək və sizə qənaət etməyin yollarını öyrədəcək”.
Hər şey büdcədən başlayır. Onun tərtib edilməsi mürəkkəb tapşırıq yox, sizə sərvət gətirən və ya mükəmməlliyə nail olmağa kömək edəcək bir vasitədir. Gəlir və xərclərin əsas mühasibat uçotunun əvəzinə bu, prioritetlərinizin bəyannaməsinə çevriləcək.
Büdcənin tərtib edilməsinə nədən başlamalı? İlk növbədə elə indidən pulunuzun hara getdiyi barədə qısa və dəqiq qeydlər yazmağa başlayın. Ən sadə üsul - bank kartlarının çıxarışlarına baxmaqdır. Bu, sizin alıcılıq davranışınızı təhlil etmək üçün ən etibarlı yeganə yoldur.
Sonra prioritetləri müəyyənləşdirməlisiniz. Yadda saxlayın ki, keçmiş fəaliyyətləriniz gələcək qərarlarınızı diktə etmir. Qazancı müxtəlif istiqamətdə istifadə edə bilərsiniz. Sizin üçün nə vacibdir? Yaxşı bir mənzil almaq üçün pul yığmaq? Unudulmaz bir tətil keçirmək istəyirsiniz? Bəs kreditlərin ödənilməsinə nə deyirsiniz? Seçim sizindir. Əsas odur ki, şüurlu bir qərar verib məqsədli şəkildə hərəkət etməyi öyrənəsiniz.
Bəlli bir büdcə daxilində fəaliyyət göstərmək maliyyə həyatınıza nəzarət etməyə və gələcəyinizi seçdiyiniz istiqamətdə formalaşdırmağa imkan verir. Xoşbəxtlikdən, artıq Rokfeller kimi bir kiçik dəftərçə tutmağa ehtiyac yoxdur. Bu prosesi sadələşdirən və pul haqqında başqa cür düşünməyə məcbur edən böyük veb saytlar və proqramlar var. Bu məqsədlər üçün laptop, smartfon və ya digər sistem istifadə edilməsinin fərqi yoxdur, əsas odur ki, bu büdcə həyatınızı dəyişə bilər.
S. Kleyson Corcun sərvəti "Əvvəlcə özünüzə ödəyin” şüarı üzərində qurulub.
Büdcənin təşkilindən sonra növbəti addımı atmaq vaxtıdır. İkinci mərhələdə hədəflərə çatmaq üçün qabiliyyətinizi artırmaq tələb olunur. Gəlin bunu nümunələrlə izah edək. Corc Kleyson əsgər, yazıçı və sahibkar idi. Amma o daha çox qənaətçillik və sərvət haqqında ibrətli hekayələri ilə məşhurdur. Onun tanımasanız da, "Babilin ən zəngin adamı” adını eşitməmiş olmarsınız. Çox qiymətli fikirlərin yer aldığı bu kitab ilk dəfə 1926-cı ildə nəşr olunub. "Babilin ən varlı adamı” kitabı pulla necə davranmağın üsulunu öyrənmək istəyən, lakin iqtisadiyyat ədəbiyyatını oxumağı sevməyənlər üçün yazılıb. Müəllif müvəffəqiyyət qazanmağa can atanlara öz maliyyə imkanlarını planlaşdırmağı, pul qazanmağı, bunlardan qənaətlə istifadə etməyi və yığılmış var-dövləti artırmağı öyrədir. Lakin kitabın əsas mahiyyəti çox sadədir: ilk növbədə özünüzə ödəyin. Parafrazlama əvəzinə, mənbəyə istinad edək:
"İndi sizə nazik bir cüzdanı "müalicə etmək" üçün öyrəndiyim ilk dərmandan danışacağam. Eyni ilə dediyim kimi edin. Pul kisəsindəki 10 qəpikdən 9-unu xərcləyin. Bu zaman cüzdan dərhal böyüməyə başlayacaq, onun artan çəkisi ovcunuza xoş gələcək və ruhunuza məmnunluq gətirəcəkdir. Sözlərim bəsit səslənsə də, onları küçümsəməyin. Unutmayın ki, həqiqət həmişə sadədir. Söz verdim ki, necə sərvət sahibi oldğumu sizə danışacam. Belə başladım... Mən də nazik cüzdan istifadə edir və arzularımı həyata keçirə bilmədiyi üçün onu hər gün lənətləyirdim. Amma cüzdanımdakı məbləğin 90 faizindən artıq pul xərcləməməyi öyrəndiyim zaman o qalınlaşmağa və ağırlaşmağa başladı. Sizinlə də belə olacaq”.
Qulağa xoş gəlir, elə deyilmi? Amma bunu etmək elə də asan deyil. Gəlirin ilk 10% -ni kənara qoymaq və onlara toxunmaq? Kommunal xidmət xərcləri yığılır, kirayə yaxınlaşır, internet isə özü özünü ödəmir. Əsas tələblər yerinə yetirildikdən sonra bir latte içmək, ya filmə getmək və ya yeni bir telefon almaq istəyə bilərsiniz.
İstisnalar mövcud olsa da, bu üsul çeşidli gəlir səviyyələrinə tətbiq edilir. Əgər maaşınızın 90%-i ilə yaşamağa çalışarsanız, həyatınızın keyfiyyəti az dəyişəcək, amma siz nəhayət ki, hədəflərə doğru irəliləmək üçün çoxdan gözlənilən kapital əldə edəcəksiniz. İnanmırsınız? Eksperiment keçirməyə çalışın: bu pulları 3 ay ərzində toplamağa çalışın.
Birinci halda olduğu kimi, müasir imkanlar bu çətin yolda sizə kömək edəcək. Pulun ayrı bir hesaba köçürülməsi üçün bankda avtomatik transfer qurun. İlk bir neçə ay ərzində sizin üçün çətin olmasına baxmayaraq, hesabınızda müsbət dəyişiklikləri dərhal görəcəksiniz.
Deyv Remsinin sözlərinə görə, varlanmağa doğru gedən yol əldə etdiyimiz imkanlarla yaşamağı öyrənməkdən keçir.
Gəlirinizin ilk 10% -ini toplamağı və büdcəyə sadiq qalmağı öyrəndikdən sonra qalanı necə xərcləməyi seçmək vaxtıdır. Qalan pulların istifadəsi ilə bağlı məsləhət almaq üçün, müasir maliyyə ekspertinə müraciət edək: Deyv Ramsey. Gəlin "The Money Answer Book" kitabından bir neçə nümunə təqdim edək:
"Bizi borc içində üzən insanlar əhatə edir, pulları yoxdur, çünki onlar emosional baxımdan aldanıblar. Yəqin ki, başqası haqqında yazdığımı düşünürsünüz, amma bu, doğru deyil. Sizin haqqınızda yazıram. Bilirəm ki, bir çoxunuz eyni xəstəlikdən əziyyət çəkirsiniz, amma bir çoxlarınız kimi mən də sağaldım. İnsan ruhu ona görə yaradılmayıb ki, əşyaların artırılması onun mənəviyyatına sülh, xoşbəxtlik, azadlıq və məmnunluq gətirsin”.
Təəssüf ki, dünyaya gələndən marketinqin təsiri altına düşürük. Reklamlar, billboardlar və pop mədəniyyəti təkrar-təkrar yenilənir: xoşbəxtlik pulla alınan bir şeydir. Ancaq qəlbinizin dərinliklərində əsl həqiqəti bilirsiniz. Yeni bir avtomobil, böyük bir ev və ya yeni çıxan iPhone uzunmüddətli məmnuniyyət gətirmir və bunu edə bilməz.
Öz düşüncə tərzini dəyişdirməklə, daha qənaətlə yaşaya bilə və nəticədə daha xoşbəxt olarıq. Məsələn, siz kiçik ev alsanız, ipoteka haqqında hər fikir sizə soyuq tərlər axıtmayacaq. Demək ki, bu, ləyaqətli sazişdir. Əgər telefonunuz paxıl baxışları cəlb etmirsə, amma qazancınız xəyalınızdakı məzuniyyətə çatırsa, deməli, düzgün seçim etmisiniz. Diqqətli olun və pulunuzun haraya getdiyini düşünün. Unutmayın ki, xərcləmək pul qazanmaqdan daha asandır.
Robert Kiyosaki isə öz nəzəriyyəsində aktiv və passiv arasındakı fərqi izah edirdi.
Bu ipuclarını istifadə etsəniz, böyük ehtimal ki, əhalinin 90 faizindən öndəsiniz. Son ipucu daha artığını istəyən insanlar üçündür. Bəlkə də erkən təqaüdə çıxmaq və özünüzü xeyriyyəçiliyə həsr etmək istəyirsiniz. Yaxud da uşaqlarınızı tələbə kreditlərinin yükündən qurtarmaq və əlavə gəlir qazanmaq istəyə bilərsiniz. Bu məqsədləri ağıllı büdcə planlaması, diqqətli qənaət və balanslı seçimlər sayəsində reallaşdıra bilərsiniz. "Varlı ata, kasıb ata” kitabının müəllifi - Robert Kiyosaki zəngin olmaq istəyənlər üçün əlavə bir addım təklif edir:
"Bir aktiv və pasiv arasındakı fərqi bilmək və aktivləri almaq lazımdır. Əgər zəngin olmaq istəyirsinizsə, bunu öyrənməlisiniz. Bu, əsas və yeganə qaydadır. İlk baxışda bu, sizə əhəmiyyətsiz və ya sadə görünə bilər, lakin insanların çoxu aktivlə passiv arasındakı fərqin nə qədər vacib olduğunu anlamır. Bir çoxunun maliyyə çətinlikləri var, çünki onlar aktiv və passiv arasındakı fərqləri bilmir".
Kiyosaki öz işinizi davam etdirməyi və hər gün çox çalışmağı tövsiyə edir. Bununla yanaşı, o, öz maliyyə gələcəyinə nəzarət etmək üçün şəxsi iş prinsiplərini müdaifə edir. O, pensiya əvəzinə, aktivlər almağı və özünüzə qayğı göstərməyi təklif edir.
Bəs o, aktiv və passivi necə müəyyənləşdirir? Professional jarqon və ya qabaqcıl mühasibat metodlarından istifadə etmək əvəzinə, bunu sadə dillə izah edir:
"Aktiv cibinizdə pulun artırılmasıdır. Passiv isə cibdən pul çəkən bir şeydir".
Gəlirli mülk, aksiyalar (səhmlər), istiqraz vərəqələri, lisenziya ödənişi və pay investisiya fondları aktivlərdir. Bu şeylər dəyərə malikdir, onlar həm gəlir gətirir, həm qiymətləndirilir, həm də həmişə bir alıcısı var.
Ev, avtomobil, geniş ekranlı televizor, yaxta kimi digər əşyalar passivdir, çünki onlar cibinizdən pul çəkir.
Bütün bu təyinlər ciddi mühasibat prinsiplərinə uyğun deyil. Buna baxmayaraq, onlar kompleks bir mövzunu sadələşdirməyə kömək edir və satınalma qərarları qəbul edərkən praktiki təlimatlar kimi işləyir.
Doğru tarazlığı tapmaq əsas vəzifədir. Vəsaitiniz olduqda, onu necə istifadə edirsiniz? Pulunuzdan faydalanmaq üçün kifayət qədər intizamlı ola bilirsinizmi? Yoxsa daha dərin xərclər quyusuna düşürsünüz? Qərar sizindir və maliyyə gələcəyinizi onlar müəyyən edəcəkdir.
Nəticə
Bunlar dörd hörmətli maliyyə mütəxəssisindən dörd faydalı yanaşmadır. Onların hər biri öz mahiyyətində sadədir. Büdcə tərtib edin. Özünüz ödəyin. Təvazökarlıqla yaşayın. Sərvətinizi artıran şeylər alın. Lakin bu ipuclarını tətbiq etmək asan deyil. Hər gün çətin seçimlər qarşısında qalaraq zövqləri təxirə salmaq üçün güc tələb və əlavə səy olunacaq. Odur ki, maliyyə ustası olmaq birbaşa özünüzdən asılıdır. Bunu etməyə hazırsınız?
Mənbə: publika.az
Şərhlər