Mingəçevirdə 200 ailənin həyatı təhlükədə (FOTO/VİDEO)
Mingəçevir şəhəri, Heydər Əliyev prospekti 17-də yerləşən yataqxana binası tamamilə deformasiya olunub, qəza vəziyyətindədir.
Qaynarinfo xəbər verir ki, 200-dən artıq qaçqın və məcburi köçkün mediaya müraciət edərək şəhərdə hər an böyük faciə ola biləcəyini deyib. TV7.az-ın hadisə yerinə gedən çəkiliş qrupu binanın zirzəmisinin tamamilə yararsız vəziyyətə düşdüyünə şahid olub. Bundan başqa binanın bütün mərtəbələrində su, kanalizasiya sistemi tamamilə sıradan çıxıb, hər an uçma təhlükəsi müşahidə olunur. Binanın beton özəyi çirkab sularının təsirindən sıradan çıxıb, bütün mümkün dayaqlar demək olar ki, yox səviyyəsindədir. 50-dən çox ailənin, bütövlükdə 200 insanın həyatı təhlükədədir.
Sakinlərin dediyinə görə ölkənin 4-cü böyük şəhəri olan Mingəçevirdə Heydər Əliyevin adını daşıyan prospektə heç kim, heç bir qurum baş verə biləcək faciənin qarşısını almaq niyyətində deyil.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər