Mingəçevir Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi bu gün Şəhidlər Xiyabanı və şəhid məzarlarının düzəldilməsi üçün 4 satınalma müqaviləsi bağlayıb.
Qaynarinfo xəbər verir ki, ümumi məbləği 91 min 500 manat olan müqavilələr "Nihad" MMC və Məmmədov Kamran Allahverdi oğlu ilə bağlanıb.
Belə ki, məbləği 48680 manat olan Şəhidlər Xiyabanında görüləcək təmir və abadlıq işləri üçün mal-materialların alınması müqaviləsi "Nihad" MMC ilə, şəhid məzarlarının üzlənməsi ilə bağlı 3 müqavilə isə Kamran Məmmədovla bağlanılıb.
Müqavilələrin detalları açıqlanmayıb.
Orxan
Şərhlər