Avqustun 14-də Misirdə hərbçilər tərəfindən öldürülən Əsma əl-Biltecinin ölümünün son anlarının görüntüləri ortaya çıxıb.
Qaynar.info xəbər verir ki, eyni zamanda Müsəlman Qardaşlarının liderlərindən olan Məhəmməd əl-Biltecinin qızı olan Əsmanın xəstəxanada gözləri açıq və ağrı içində çəkilən görüntülərdə ona zərdab verən gəncin "zərdab bitmək üzrədir" dediyi məlum olur.
Əsmanın anası verdiyi açıqlamasında "Xəstəxanaya getdiyim zaman orada şəhidlər və ağır yaralılarla qarşılaşdım. Əsma yanına gedəndə səbrli və mətanətli idi. Onu əməliyyat otağına aparandan az sonra şəhid xəbəri gəldi" demişdi.
Qaynar.info
Şərhlər