Misirin cənubundakı Luksor şəhərində 18-ci Firon sülaləsinə (təxminən eramızdan əvvəl 1550/1549-1292) aid sonuncu firon məzarının aşkar edildiyi bildirilib.
Qaynarinfo xəbər verir ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyi bunun 1922-ci ildə Kral Tutanhamonun məzarının tapılmasından bəri kəşf edilən ilk kral məzarı olduğunu açıqlayıb.
Nazirlik Misir-İngiltərə birgə arxeoloji missiyasının Eski Eserlər Yüksək Şurası və Yeni Dövr Araşdırma İnstitutu ilə əməkdaşlıq çərçivəsində Kral II Tutmozisin (eramızdan əvvəl 1493-1481) 3 500 il əvvələ aid məzarını üzə çıxardığını bildirib.
Sonuncu itkin kral məzarı tapıldı
Rəsmi açıqlamaya görə, məzar Luksorun qərb hissəsində Krallar Vadisindən təxminən 2,4 kilometr aralıda, Taybe Dağında yerləşən bir ərazidə aparılan qazıntılar zamanı aşkar edilib. Məzara ilk giriş 2022-ci ildə tapılmış, əsas keçid isə son qazıntılar nəticəsində üzə çıxarılıb.
Turizm və Qədim Abidələr Naziri Şerif Fethi bu kəşfin 1922-ci ildə Tutanhamonun məzarının tapılmasından sonra aşkar edilən ilk kral məzarı olduğunu vurğulayıb.
Kral II Tutmozisin və Hatşepsutun adları məzarda aşkarlanıb
Eski Eserlər Yüksək Şurasının baş katibi Məhəmməd Xalid isə məzarda tapılan qablardan bəzilərində Kral II Tutmozisin adının və onun həyat yoldaşı Hatşepsutun adını daşıyan yazıtların olduğunu bildirib. Bu tapıntı, məzarın sahibinin kimliyini dəqiqləşdirməyə kömək edib.
Xalid bu kəşfi "son illərin ən mühüm arxeoloji tapıntılarından biri" adlandırıb.
Su basqını məzarın vəziyyətini pisləşdirib
Misir tərəfinin missiya rəhbəri, Eski Eserlər Sektoru rəhbəri Məhəmməd Əbdülbədi isə məzarın "fironun ölümündən qısa müddət sonra su basqınına məruz qalması səbəbindən çox pis vəziyyətdə olduğunu" qeyd edib.
Aparılan ilkin araşdırmalar məzarın əsas əşyalarının qədim Misir dövründə su basqınlarından sonra başqa bir yerə köçürüldüyünü göstərir.
Bu kəşf qədim Misir tarixinin daha yaxşı anlaşılması və fironların dəfn adətləri barədə yeni məlumatlar əldə etmək baxımından mühüm əhəmiyyət daşıyır.
Aydın
Şərhlər