Xəbər lenti

MN rəsmisi:
Siyasət 20:21 26.10.2020

MN rəsmisi: "Düşmən döyüşlərə uşaqları cəlb etməyə çalışır"

"Saat 18:15-də düşmən "Smerç” yaylım atəşli reaktiv sistemindən (YARS) Tərtər şəhərini atəşə tutub. Atılan 3 raketdən biri hava hücumundan müdafiə bölmələrimiz tərəfindən havada zərərsizləşdirilib”.

Qaynarinfo xəbər verir ki, bu fikirləri Azərbaycan Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

Anar Evyazov əlavə edib: "Canlı qüvvə ehtiyatları tükənməkdə olan düşmən döyüşlərə daha çox könüllüləri, muzdlu və əcnəbi terrorçu döyüşçüləri, o cümlədən uşaqları cəlb etməyə çalışır. Belə olan halda isə düşmənin döyüş sahəsində vəziyyətə nəzarət etməsi praktiki cəhətdən mümkün deyil. Nizami Ordumuz düşmənin istənilən hücum və təxribatlarının qarşısını almaq üçün tam döyüşə hazır vəziyyətdədir".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->