Braziliyalı model Tales Soares podiumda yıxılaraq həyatını itirib.
Qaynarinfo NDTV-yə istinadən xəbər verir ki, 26 yaşlı Soares Sao Paulo moda həftəsi çərçivəsində keçirilən "Ocksa show" zamanı podiumda yıxılıb. İzləyicilər modelin yıxılmasını şounun tərkib hissəsi hesab etsələr də, onun ağzından köpük gəlib və vəziyyətinin pis olduğunu aydınlaşıb. Dərhal xəstəxanaya çatdırılan Soaresin həyatını xilas etmək mümkün olmayıb.
Gülşən
Şərhlər