İsveç donanmasının yanacaq mühəndisi və arxeoloq Anders Franszen bir vaxtlar təxminən 400 il əvvəl itkin düşdüyü gündən etibarən isveçlilərin marağına səbəb olan gəmini aşkar edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Popular Mechanics” yazır.
Tarix 1625-ci ildən başlayır. Həmin il İsveç kralı II Qustav Adolf holland gəmi ustası Henrik Hübertssona nəhəng hərbi gəmi inşa etməyi tapşırıb. Tikinti 1626-cı ildə başladı, lakin elə həmin il Hübertsson vəfat edib. Bundan sonra uzunluğu 69 metr, hündürlüyü 50 metr olan gəmi hələ dənizə çıxmamış problemlərlə üzləşməyə başlayıb.
Tikintiyə nəzarət edən kapitan Sofrinq Hansson işlərin gedişindən narahat idi. O, gəminin dayanıqlığını yoxlamaq üçün göyərtədə 30 nəfərin bir tərəfdən digər tərəfə qaçdığı sınaq keçirib. Nəticədə gəminin təhlükəli şəkildə yana əyildiyi məlum oldu. Hətta bir admiral gəminin hələ limanda ikən aşa biləcəyindən ehtiyat edərək nümayişi dayandırıb.
Lakin kral "Vasa” gəmisinin suya buraxılmasına hazırlıqların davam etdirilməsini tələb edibş 1628-ci il avqustun 10-da gəmi Stokholm sahillərindən gələn musiqi sədaları altında ilk və son səfərinə çıxıb.
Həmin gün Baltik dənizinin ən güclü hərbi gəmilərindən biri səhər kilsə mərasimi ilə başlayan və limandakı bayram tədbirləri ilə davam edən təntənəli mərasimdən sonra yola salınıb.
Lakin cəmi bir neçə dəqiqə sonra külək gəmini bir tərəfdən digər tərəfə əyməyə başlayıb. Sahildə toplaşan minlərlə insan güclü küləyin "Vasa”nı sol tərəfə əydiyini müşahidə edib. Açıq top dəliklərindən aşağı göyərtəyə su dolub və gəmi bir neçə dəqiqə ərzində başladığı yerdən cəmi 1,2 kilometr aralıda, limanın 32 metr dərinliyinə batıb. Fəlakət nəticəsində göyərtə altında qalan 30 ekipaj üzvü həlak olub.
Nəşrin məlumatına görə, gəminin batmasından sonra günahlandırmalar da sürətlə yayılıb. Nəticədə məsuliyyət vəfat etmiş Hübertssonun və gəminin həddindən artıq böyük ölçülərinin üzərinə qoyulub.
Daha sonra müəyyən edilib ki, gəminin üst konstruksiyası su xəttindən aşağıda yerləşən gövdə hissəsi üçün həddindən artıq hündür və ağır idi. Bu balanssızlıq gəmini daha sürətli etsə də, ağırlıq mərkəzini su səviyyəsindən çox yuxarı qaldırırdı və nəticədə hətta zəif külək belə onun çevrilməsinə səbəb ola bilərdi.
Fəlakətdən 35 il sonra dalğıclar qrupu gəminin toplarının böyük hissəsini sudan çıxarıb və sonradan satıb. Bundan sonra marağın azalması səbəbindən "Vasa”nın dəqiq yerləşdiyi yer uzun illər unudulub.
Lakin Anders Franszen gəmini tapmaq cəhdlərindən əl çəkməyib. Tarixi qeydlərdə "Vasa”nın Tekelviken ərazisində, əsas gəmiçilik kanalının cənub tərəfində, Bekholmen adasının qarşısında yerləşdiyi göstərilirib.
Arxeoloq hər dəfə şübhəli bir yer aşkar etdikdə, özü hazırladığı nümunə götürmə qurğusunu suya endirir və xüsusi bıçaqla nümunə götürürdü. İki il ərzində axtarışlar nəticə verməyib.
Daha sonra, 1956-cı ildə yeni arxiv məlumatlarına əsasən axtarış istiqamətini şimal tərəfə dəyişən Franszen kiçik bir qara palıd parçası tapıb.
Bu tapıntı hərbi-dəniz qüvvələrinin dalğıclarının marağına səbəb olub. 1958-ci ildə onlar bir topu sudan çıxararaq "Vasa”nın yerini gəminin batmasından 331 il sonra təsdiqləyiblər.
Dalğıclar iki il ərzində gəminin altından tunellər qazaraq üzən pontonlara birləşdirilən kabellər yerləşdiriblər.
1959-cu il oktyabrın 20-də ekipajlar pontonlara su dolduraraq "Vasa”nı lil qatından azad edilib. Gəmini su altında saxlayan ekipaj onu Kastelholmen adasına köçürdü və daha bir il ərzində son qaldırılma əməliyyatına hazırlaşıb.
1961-ci il aprelin 24-də, batmasından 333 il sonra, gəmi yenidən su üzünə çıxarılıb.
1962-ci ilin əvvəlində Stokholmda yeni muzey açılıb və "Vasa” burada ictimaiyyətə təqdim edilib. 17 il ərzində mütəxəssislər gəminin taxtasına 500 xüsusi püskürdücü vasitəsilə fasiləsiz polietilenqlikol yeridərək quruyan suyu əvəz ediblər.
Mütəxəssislər qeyd edirlər ki, su hopmuş taxta gəmilər səthə çıxarıldıqdan dərhal sonra xüsusi qayğı tələb edir. Taxta qurumağa başladıqda onun dağılması mümkündür. Hətta 17 illik davamlı emaldan sonra belə "Vasa”nın taxtası qurumağa davam edirdi və konservasiya mütəxəssisləri rütubət səviyyəsini daim nəzarətdə saxlayırıblar.
2000-ci ilin yayında baş verən fırtına muzey daxilində rütubət səviyyəsinin kəskin dəyişməsinə səbəb oldu və iqlim sistemi vəziyyətin öhdəsindən gələ bilməyib. Nəticədə gəminin gövdəsində sarı və ağ ləkələr yaranıb. Buna səbəb taxtadakı kükürdün nəmlə reaksiyaya girərək turşu əmələ gətirməsi idi.
2004-cü ilə qədər daha etibarlı iqlim sistemi quraşdırılıb. Son dövrlərdə isə taxtanın turşulaşmasına səbəb olan orijinal dəmir və metal mismarlar paslanmayan poladdan hazırlanmış mismarlarla əvəz edilib.
Aydın
Şərhlər