Monitorinq Qrupunun hesabatında nələr gözlənilir? - Ekspert

Monitorinq Qrupunun hesabatında nələr gözlənilir? - Ekspert

"Monitorinq Qrupunun hesabatı və tövsiyəsi əvvəlkilərdən ciddi fərqlənməyəcək”.

Qaynarinfo xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupunun fevralın 23-25 tarixlərində Azərbaycanda yerli demokratiyanın vəziyyətinin qiymətləndirməsinə həsr olunan tədbirindən danışarkən deyib. O bildirib ki, COVİD-19 pandemiyası ilə əlaqədar qiymətləndirmə distant şəkildə olacaq:

"Yəni, əvvəlki illərdə olduğu kimi Monitorinq Qrupunun üzvləri Azərbaycana səfər etməyəcəklər, onlayn şəkildə monitorinq aparacaqlar. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin Monitorinq Qrupu Azərbaycan hökumətinin Xartiyanın tələblərini yerinə yetirmə səviyyəsini qiymətləndirmək üçün 2 dəfə monitorinq aparıb. Monitrinqlərin nəticəsi olaraq Azərbaycan hökumətinə yerli özünüidarə sahəsində problemlərin həllinin sürətləndirilməsinin zəruriliyini ifadə edən 126 saylı (2003) və 326 saylı (2012) tovsiyələr verib. 3-cü monitorinqin keçirilməsi 2020-ci ildə nəzərdə tutulsa da, COVİD-19 pandemiyasının yayılması səbəbindən monitorinq fəaliyyəti təxirə salınmışdı”.

Samir Əliyev qeyd edib ki, sonuncu monitorinqdən 9 il ötsə də, Azərbaycanda yerli özünüidarə institutunun güclənməsi, səlaiyyətlərinin artırılması istiqamətində müsbət heç nə baş verməyib:

"Bələdiyyələr yeri icra hakimiyyəti orqanlarının şöbəsi çərçivəsindən çıxa bilməyiblər. Ona görə də Monitorinq Qrupunun hesabatı və tövsiyəsi əvvəlkilərdən ciddi fərqlənməyəcək”.

Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR