Sənət 13:24 26.10.2020

"Moskva göz yaşlarına inanmır": Məşhur aktyorun əmlakına qarşı fırıldaqçılıq

"Moskva göz yaşlarına inanmır” filmində rol almış aktyor Aleksey Batalovun ailə əmlakına qarşı fırıldaqçılıq işində iştirak edən iki şəxsə qarşı ittiham irəli sürülüb və hər ikisi Rusiya Federasiyası Cinayət Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən nəzarətə alınıb.


Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin saytında məlumat verilib.


"Cinayət işinin istintaqı çərçivəsində Mixail Tsivin və Natalya Drojjinaya qarşı ittiham elan edilib", - xəbərdə deyilir.


Fırıldaqçılıq nəticəsində aktyorun dul qadını və qızı aldadılaraq dörd otaqlı mənzildə, aktyor emalatxanasında, iki başqa mənzildə və böyük pul vəsaitində onlara aid paydan məhrum ediliblər.

 

Mübahisəli əmlaka həbs qoyulub.

 

Məhkəmə ekspertizaları davam edir.

 

Alpər