Rusiyada iki azərbaycanlı həbs edilib.
Qaynarinfo xəbər verir ki, Moskavada paxlava sexi işlədən şəhər sakinləri Rasim Baxşıyev və Elşad Yaqubovun həbsinə səbəb onların Suriyaya silah göndərməsidir.
"Kommersant” onların azərbaycanlı olduğunu yazıb.
2016-cı ildə bir tanışları onlara Türkiyəyə ov silahları üçün termal görüntü cihazları, durbin və monokulyarlar göndərməyi təklif edib. Şirniyyatçılar onunla razılaşıblar, çünki bu cihazlar üçün Hərbi-Texniki Əməkdaşlıq Federal Xidmətinin lisenziyasına ehtiyac yoxdur. Onlar Moskva dükanlarından qanuni şəkildə bu məhsulları alaraq Türkiyədəki ortaqlarına göndərib. Bir il müddətində Türkiyəyə, oradansa Suriyaya 30 milyon rublluq cihazlar göndərilib.
2017-ci ildə Suriyadakı rus qoşunları termal görüntüləri ələ keçirəndə FSB əməkdaşları cihazların nömrələrini yoxlayıb və Mosklvanın ticarət mərkəzlərindən satın alınmış bu cihazların Baxşıyev və Yaqubovun adına olduğu məlum olub.
Bundan sonra azərbaycanlılar terrorçuluqda ittiham edilib. Onlar günahlarını tam etiraf edərək istintaqla əməkdaşlığa razılıq veriblər. Şəriklər qurğuların Suriyaya aparılması və terrorçu qruplar tərəfindən istifadə edilməsindən tam xəbərsiz olduqlarını bildiriblər.
Məhkəmə təqsirləndirilən şəxslərin istintaqa yardımını nəzərə alaraq, Baxşıyev və Yaqubovu altı il ümumi rejimli cəzaya məhkum edib.
Alpər
Şərhlər