Oktyabrın 27-də saat 10:48-də iki naməlum şəxs Müslüm Maqomayevin Azərbaycanın Rusiyadakı Səfirliyinin inzibati binasının yaxınlığında yerləşən abidəsinin postamentinin üzərində antiAzərbaycan məzmunlu lövhə yerləşdirib və onu dəmir zəncirlə bərkidib.
Səfirliyin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, məlum lövhə aşkar olunandan sonra dərhal məhv edilib.
Məlum faktla bağlı Səfirlik tərəfindən Moskva şəhərinin hüquq-mühafizə orqanlarına müraciət olunub və operativ şəkildə bütün lazımi tədbirlər görülüb.
Qeyd olunub ki, məlum təxribatı törədənlər müəyyən olunub və onlar Rusiya Federasiyasının qanunları çərçivəsində bütün ciddiyyəti ilə cəzalandırılacaqlar.
Şərhlər