Joze Mourinyo ilə bağlı yeni xəbər yayılıb.
Qaynarinfo xəbər verir ki, İspaniyanın yüksək tirajlı "Sport" qəzeti portuqaliyalı mütəxəssisin "Real" rəhbərliyi ilə görüşdüyünü və anlaşdığını yazıb. İddiaya görə, o, tezliklə "Kral Klubu"nun baş məşqçisi təyin ediləcək.
Hətta Mourinyonun əsas köməkçisinin "Real"ın sabiq futbolçusu Xabi Alonsonun olacağı da iddia olunub.
Şərhlər