İdman 12:28 09.08.2020

Mourinyunun klubundan türk futbolçuya 40 milyon avro

"Tottenhem" türk futbolçuya elçi düşüb.

Qaynarinfo xəbər verir ki, İngiltərə klubunun baş məşqçisi Joze Mourinyu "Lill"dən Zeki Çelikiin alınmasını istəyib.

"The Telegraph"ın məlumatına görə, "Tottenhem" bu transferin həyata keçməsi üçün bəzi futbolçularını satışa çıxaracaq. Belə ki, Serj Auryer və Xuan Foitin bu məqsədlə satılması gözlənilir.

23 yaşlı Zeki Çeliklə başqa ingilis klubları da maraqlanır. Mourinyu isə bu transferin baş tutması üçün israr edir. İddia olunur ki, "Tottenhem" türk futbolçu üçün "Lill"ə 40 milyon avro təklif edəcək.

Qeyd edək ki, Zeki Çelik 2018-ci ildə "İstanbulspor"dan "Lill"ə 2,5 milyon avroya transfer olunub. 23 yaşlı sağ cinah müdafiəçisi 2019/20 mövsümündə 32 oyuna çıxıb və 3 məhsuldar ötürmə verib.