2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün bu günə qədər daxil olan müraciətlərin sayı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda çıxışı zamanı 268 namizədin müraciət etdiyini deyib.
O bildirib ki, növbədənkənar parlament seçkilərində iştirak etmək istəyən 71 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlənib: "29 nəfərə isə imza vərəqələri verilib”.
Şərhlər