Xəbər lenti

MTRŞ Prezidentə müraciət etdi
Ölkə 16:11 13.11.2019

MTRŞ Prezidentə müraciət etdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi və Şuranın ştatda olan işçilərinin sayının artırılması üçün ölkə Prezidentinə müraciət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə MTRŞ sədri Nuşirəvan Məhərrəmli APA TV-yə bildirib.

Onun sözlərinə görə, teleradio sahəsində daha sistemli monitorinq aparmaq üçün Şuranın işçilərinin sayının artırılmasına ehtiyac var: "Bəzən monitorinqi aparmaq üçün digər şöbələrin işçilərini cəlb edirik. MTRŞ fəaliyyətə başlayanda ölkədə 5 ümumrespublika yayımçısı var idi, indi isə 12 ümumrespublika yayımçısı var. Bundan əlavə regional kanallar, kabel televiziyaları fəaliyyət göstərir”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->