Ekonomiks 17:43 17.01.2021

Dini Komitə tender keçirdi

Bu gün Qaynarinfo.az saytında "Mübariz Qurbanlı 20 manatlıq şirkətlə milyonluq müqavilə bağladı” başlığı altında yayılan xəbərdə göstərilən bəzi maliyyə rəqəmləri dəqiqləşdirilmədən verilib. 

Qeyd etmək istəyirik ki, Dövlət Komitəsinin əməkdaşları üçün yeni kompüter avadanlıqlarının alınması məqsədi ilə 07.10.2020-ci il tarixində etender.gov.az vebsaytında kotirovka sorğusu yerləşdirilib. 

Kotirovka sorğusunun yekun protokolu müvafiq icra hakimiyyətində qeydiyyata alındıqdan sonra qalib "NCP" MMC (Vöen: 2903891781, MMC - ƏDV qeydiyyatındadır, resmi vebseyifə: www.ncp.az) ilə 9782,00 manat məbləğində müqavilə bağlanılıb.