Xəbər lenti

Müğəninin ad günündə qan düşdü
Maqazin 00:17 02.11.2014

Müğəninin ad günündə qan düşdü

Tanınmış müğənni Arzu Mələyin paytaxt restoranlarının birində ad günü mərasimi keçirilib. Qaynar.info publika.az-a istinadən xəbər verir ki, mərasim sonda xoşagəlməz hadisə ilə başa çatıb.

Belə ki, tanınmış müğənni Musa Musayevlə Nazəninin prodüsseri Pərvizin sözü çəp gəlib. Nəticədə tərəflər yumruq davasına çıxıb. Bir-birini al-qana qərq edən müğənni və prodüsseri zorla sakitləşdiriblər.

Davaya isə Nazəninin prodüsserinin Musa Musayevi söyməsi səbəb olub.

Aldığımız məlumata görə, tərəflər arasında əvvəllər  də ədavət olub. "İnstagram" səhifəsində Nazəninin prodüsseri Musa Musayevi təhqir edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->