Xəbər lenti

Müharibə silahları: II Dünya müharibəsinin ən uğursuz ixtiraları
Dünya 13:28 23.05.2025

Müharibə silahları: II Dünya müharibəsinin ən uğursuz ixtiraları

II Dünya müharibəsi zamanı hərbi üstünlük əldə etmək üçün böyük dövlətlər innovativ texnologiyalara milyardlarla vəsait sərf ediblər. Bu dövrdə reaktiv mühərriklər və radar sistemləri kimi mühüm texnoloji nailiyyətlər meydana çıxsa da, bəzi ixtiralar son dərəcə uğursuz oldu. 

Qaynarinfo xəbər verir ki, "Slash Gear" nəşri bu uğursuz silah layihələrinin ən məşhurlarını təqdim edib.

Maşino xətti

Fransa tərəfindən Almaniya hücumunu dayandırmaq məqsədilə inşa edilən Maşino xətti 450 kilometr uzunluğunda müdafiə sistemi idi. Layihənin ümumi dəyəri bu günün məzənnəsi ilə 9 milyard dollar təşkil edirdi. Lakin əsas səhv ondan ibarət idi ki, fransızlar almanların neytral Belçika üzərindən hücum etməyəcəyinə inanırdı. Amma Hitler ordusu məhz bu istiqamətdən hücuma keçdi və nəticədə Fransa tez bir zamanda işğal olunub.

Partlayıcı siçanlar

Britaniyanın Xüsusi Əməliyyatlar İdarəsi (SOE) qeyri-ənənəvi silahların hazırlanması ilə məşhurlaşıb. Bu silahlar arasında partlayıcı maddə ilə doldurulmuş ölü siçanlar da olub. Məqsəd onları düşmənin istilik ocaqlarına ataraq partlatmaq idi. Lakin siçanlar Almaniyada ələ keçirilib və heç bir hədəfi vurmayıb. Buna baxmayaraq, layihə müəyyən dərəcədə uğur qazanıb: almanlar siçanlara qarşı genişmiqyaslı axtarış əməliyyatları həyata keçiriblər.

Panjandrum

"Panjandrum" cihazı, içi partlayıcı ilə dolu və raketlərlə hərəkətə gətirilən nəhəng təkər formasında olub. Məqsəd bu təkərləri Almaniyanın Atlantik müdafiə divarına doğru yönəltmək və əsgərləri risqə atmadan zərbə endirmək idi. Lakin sınaqlar zamanı cihaz istiqamətini itirir, raketlər sıradan çıxır və nəticədə layihə uğursuzluğa düçar olur. D məşhur "Normandiya desantı” zamanı bu silah istifadə edilməyib.

Krummlauf

"Krummlauf" – Almaniyanın MP-44 avtomatına əlavə olunan əyilmiş lülə idi. Məqsəd əsgərlərin sipər arxasından baş çıxarmadan atəş açmalarına imkan vermək olub. Amma güllələr əyilmiş lüləyə dəyərək istiqamətdən yayınır və tez-tez parçalanırdı. Nəticədə silah dəqiqliyini itirir və istifadəsi çətinləşirdib.

Windkanone

Almanlar müharibənin son mərhələsində "Windkanone” adlı hava topunu sınaqdan keçiriblər. Bu silah sıxılmış havanı böyük sürətlə buraxaraq təyyarələri vurmaq üçün nəzərdə tutulub. Hava, hidrogen və oksigenin partlaması ilə yaranıb. Testlər göstərib ki, bu silah statik obyektlərə, məsələn, ağaclara qarşı təsirlidir, lakin sürətlə hərəkət edən təyyarələrə qarşı tamamilə yararsız olub. Silah Elba çayı üzərindəki bir körpüdə sınaqdan keçirilsə də, uğursuzluqla nəticələnib.

Bu silahlar müharibə texnologiyalarının nə qədər riskli və qeyri-müəyyən ola biləcəyini göstərir. Hər uğurlu ixtiranın arxasında saysız-hesabsız uğursuzluqlar dayanır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->