Xəbər lenti

Ermənistan və Estoniya XİN başçıları "Tramp marşrutu"nu müzakirə ediblər
Siyasət22:03 27.11.2025

Ermənistan və Estoniya XİN başçıları "Tramp marşrutu"nu müzakirə ediblər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan estoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığı zamanı "Tramp marşrutu"nun reallaşdırılmasını və onun region üçün yaratdığı imkanları müzakirə edib.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Həmsöhbətlər həmçinin Ermənistan-Avropa İttifaqı gündəliyinin irəli aparılmasına yönəlmiş ikitərəfli əməkdaşlıq, habelə konkret proqramların reallaşdırılması məsələlərini müzakirə ediblər.
Estoniyalı nazir isə öz növbəsində "X" sosial şəbəkəsində telefon danışığına toxunaraq bildirib ki, ölkəsi Ermənistan və Azərbaycan arasında sülhün əldə olunması prosesini yüksək qiymətləndirir.