Xəbər lenti

TDT Media Forumunun ilk günü başa çatdı (FOTO)
Foto 18:13 27.11.2025

TDT Media Forumunun ilk günü başa çatdı (FOTO)

Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Media Forumunun ilk günü başa çatıb.

"Report" xəbər verir ki, forum çərçivəsində "Müasir dövrdə artan qlobal informasiya təhdidlərinə qarşı dayanıqlı və preventiv addımlar: Türk dövlətlərinin media ekosistemi nümunəsində" və "Türk dövlətlərı arasında rəqəmsal media mühitində qarşılıqlı əməkdaşlıq imkanları" mövzusuna həsr olunmuş panel sessiyalar müzakirə edilib.

Birinci paneldə türkdilli dövlətlərin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək istiqamətində müxtəlif tezislər səsləndirilib və fikir mübadiləsi aparılıb.

Paneldə həmçinin müasir çağırışlar fonunda dezinformasiya ilə mübarizə barəsində də müzakirələr aparılıb.

İkinci paneldə isə türk dövlətləri arasında media sahəsində mübadilə və əməkdaşlıq perspektivləri əsas motiv olub.

Qeyd olunub ki, hazırkı texnoloji inkişaf dövründə sözügedən sahə üzrə mübadilə və əməkdaşlıq çərçivəsində işbirliyi üçün geniş imkanlar mövcuddur.

Panellər başa çatdıqdan sonra isə Ümumdünya Şəhərsalma Forumunun media münasibətləri üzrə meneceri Eldar Rəsulov gələn il Bakıda keçiriləcək forum barəsində məlumat verib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->