Xəbər lenti

Sudanda humanitar böhran dərinləşir: 21 milyon insan aclıqla üz-üzədir
Dünya 23:01 27.11.2025

Sudanda humanitar böhran dərinləşir: 21 milyon insan aclıqla üz-üzədir

Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirib ki, Sudanda ordu ilə Sürətli Dəstək Qüvvələri (SDQ) arasında üç ilə yaxın davam edən toqquşmalar 21,2 milyon insanı kəskin aclıq təhlükəsi ilə qarşı-qarşıya qoyub.

Qaynarinfo xəbər verir ki, hesabata görə, ölkənin iki bölgəsində qıtlıq təsdiqlənib. Bununla belə, döyüşlərin səngidiyi ərazilərdə BMT-nin Dünya Ərzaq Proqramının (WFP) fəaliyyəti genişlənib və aclığın miqyası qismən azalıb.

Sudan 15 aprel 2023-cü ildən bəri ordu ilə xarici dəstəklə hərəkət edən SDQ arasında şiddətli qarşıdurmaların mərkəzindədir.

Darfur bölgəsinin ən böyük şəhəri Faşir ağır döyüşlərdən sonra əsasən SDQ-nin nəzarətinə keçib. On minlərlə insanın döyüşlərdən qaçdığı şəhərdə SDQ-nin mülki şəxsləri zorla evlərindən çıxarması, çoxsaylı silahsız insanı öldürməsi və işgəncələrə məruz qoyması kimi hallar qrup üzvlərinin paylaşdığı videolara əks olunub.

Aydın

--> -->