Xəbər lenti

Keti Perri 85 yaşlı veterana qalib gəldi: 1,8 dollar alacaq
Maqazin 17:12 27.11.2025

Keti Perri 85 yaşlı veterana qalib gəldi: 1,8 dollar alacaq

Müğənni Keti Perri 85 yaşlı əlil veteran Karl Uestkotla məhkəmə çəkişməsində qalib gəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "People” nəşri məlumat yayıb.

Məlumata görə, Keti Perriyə Montesitodakı evlə bağlı mübahisə zamanı icarə gəlirlərinin itirilməsi üçün 1,8 milyon dollar məbləğində kompensasiya təyin edilib. Ev əvvəlki sahibi Karl Uestkott tərəfindən geri qaytarılmağa cəhd edildiyi üçün tərəflər arasında uzun müddət mübahisə yaşanıb. Əvvəlcə müğənni veteranın ona 5 milyon dollar ödəməsini tələb edib. Hakim həmçinin bildirib ki, müğənni Uestkotta 15 milyon dollardan yalnız 9 milyonunu ödədiyi üçün kompensasiya məbləğini bu borcdan çıxara bilər.

Qeyd olunur ki, Karl Uestkott məhkəmə qərarını 30 dekabrda apellyasiya qaydasında mübahisələndirə bilər.

Keti Perri 2015-ci ildə Karl Uestkottdan 15 milyon dollara aldığı malikanə uğrunda mübarizə aparır. Alqı-satqı tamamlandıqdan bir neçə gün sonra evin əvvəlki sahibi sövdələşmədən imtina etmək istəyib. Uestkottun müalicəsi mümkün olmayan beyin xəstəliyindən əziyyət çəkdiyi bildirilərək, müqavilə bağlanan zaman onun ağrıkəsicilərin təsiri altında olduğu iddia edilib. Lakin Keti Perri və onun həmin dövrdəki əri Orlandо Blum malikanəni saxlamaq istədiklərindən məsələ məhkəməyə çıxarılıb. Ötən il cütlük işi udub, lakin Uestkott apellyasiya şikayəti verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->