Siyasət 17:48 09.10.2019

Müsavat Partiyasının qurultayının vaxtı dəyişdirildu

Müsavat Partiyasının qurultayı oktyabrın 12-də deyil, 13-də keçiriləcək.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı - başqanlığa namizəd Arif Hacılı namizədlərin debatında deyib.

O deyib ki, Bakı Şəhər İcra Hakimiyyətində Müsavat Partiyasının qurultayının keçirilməsinə yer ayrılması üçün etdiyi müraciətə baxılıb.

Qurultayın oktyabrın 13-də Bakının Binəqədi rayonunda yerləşən "Büllur” şadlıq sarayında (keçmiş "İnqilab” kinoteatrı) keçirilməsi məqsədəuyğun hesab edilib.

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə hazırki başqan Arif Hacılı, partiya Divanının üzvləri Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb.