Xəbər lenti

Müsavatda toy qalmaqalı (AÇIQLAMA)
Siyasət 15:32 18.04.2013

Müsavatda toy qalmaqalı (AÇIQLAMA)

Gülağa Aslanlı: "Həmin siyahıda kimsə yaddan çıxa bilər"

Müsavat başqanın oğlunun toyuna dəvət olunmayan müsavatçılar partiyadan narazı qalıblar.  Qaynar.info-ya Müsavatdakı mənbədən daxil olan məlumata görə, İsa Qəmbərin oğlu İlkin Qəmbərin toy məclisinə dəvətnamələri partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya və başqanın müavini Gülağa Aslanlıya tapşırılıb. Məlumatda bildirilir ki, adı çəkilən partiya funksionerləri öz komandalarına yaxın şəxsləri toya dəvət ediblər. Toya dəvət edilməyən bəzi rayon təşkilatlarının sədr və müavinləri ciddi şəkildə narazılıqlarını bildiriblər. Həmin şəxslər bu saymazlıqdan çox məyus olublar.

Yeri gəlmişkən qeyd edək ki, toy məclisinə Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər və Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da dəvət edilməyib.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı Qaynar.info-ya açıqlamasında bildirdi ki, hər bir ailə özünə yaxın olan şəxsləri toya dəvət edir: “Siyahı hansı şəxsə həvalə olunursa, həmin şəxs ailənin icazəsi olmadan siyahıya kimisə əlavə edə və ya çıxara bilməz. Bu məsələlər ciddi sayılan məsələ deyil. Ola bilər, kimsə siyahıdan kənarda qala bilər. Bu, ümumi böyük siyahı idi. Həmin siyahıda da kimsə yaddan çıxa, diqqətdən kənarda qala bilər. Buna görə də toya Gülağa Aslanlı və Arif Hacılı komandasına aid şəxslər dəvət edilib demək yanlışdır”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->