Xəbər lenti

Dünya 22:11 02.07.2013

Müsəlman ölkəsində məscid satışa çıxarıldı

Qazaxstanda məscid satışa çıxarılıb.

İki dini müəssəyə sahib olan Arkalık şəhərindən olan biznesmen Bolat Abdibekov onlardan birini satışa çıxarmaq qərarına gəlib. 

ANN.Az-ın verdiyi xəbərə görə, məscidin ilkin satış qiyməti 1 milyon dollardır. Biznesmen qiymətdə 400 min dollar kimi ciddi endirim etməyə razı olsa da, hələ ki, alıcı tapa bilməyib. 

Abdibekovun sözünə görə, məscidin satışa çıxarılmasına səbəb yerli hökumətin qərarıdır. Hələ 16 il əvvəl Abdibekovdan ibadətxananın tikilməsi istənilib, ancaq sonradan onunla "hesablaşmayıblar". Onun məhkəmə yoluyla da maliyyəni geri qaytarmaq üçün olan bütün cəhdləri boşa çıxıb. 

Yerli administrasiya bildirir ki, onların bu məsələyə dəxli yoxdur, çünki biznesmen müqaviləni keçmiş rəhbərliklə imzalayıb. Biznesmenin qərarından yerli əhali şoka düşüb, məscidin satışa çıxarılması İslamda görünməmiş presedentdir. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?