Abşeron Rayon Polis Idarəsinin təcridxanasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyliyə qarşı təziqlər davam edir.
Artıq 10 gündür ki,onun üçün ərzaq götürülmür. Dünən hüquq müdafiəçiləri ilə Abşeron Rayon Pols İdarəsinin rəhbərliyi arasında ərzaqların götürüləcəyi barədə razılıq əldə olunmuşdu. Mustafa bəyin ailəsinin hazırlayaraq ona göndərdiyi ərzaq Abşeron Rayon Polis İdarəsi tərəfindən alınsa da, Mustafa Hacıbəyliyə verilməyib.
Bundan əvvəl isə Mustafa Hacıbəylini zorla əməyə cəlb etmək cəhdləri, başqa təziqlər barədə Azərbaycan hüquq müdafiəsi təşkilatlarına, Ombudsmana, ATƏT-in Bakı ofisinə, Qırmızı Xaç Komitəsinə və digər təşkilatlara məlumat verilib.
Şərhlər