Xəbər lenti

“Müxalifətlə iqtidarın bir araya gəlməsi baş ucalığıdır”
Siyasət 12:58 02.05.2013

“Müxalifətlə iqtidarın bir araya gəlməsi baş ucalığıdır”

“Hesab edirəm ki, bu, ümumi işimizə zərər gətirər”

Seçkilərə bir neçə ay qaldığından ölkədaxili siyasi partiyalarda aktivlik müşahidə olunur. Müxalifət partiyaları seçkiyə daha ciddi hazırlaşırlar. Bütün bunların fonunda partiyalar arasında qarşılıqlı ittihamlar səsləndirilir. Bir-birlərini hakimiyyətə yarınmaqda günahlandırırlar. Hətta bir müddət öncə Müsavat Partiyasının başqanı İsa Qəmbər müxalifət partiyalarının bəzilərinin İrana, bəzilərinin Rusiyaya, bəzilərinin də hakimiyyətə işlədiyini bildirmişdi. Bir neçə gün öncə politoloq Zərdüşt Əlizadə də partiyaları sərt ittiham edərək deyib ki, müxalifət partiyalarının bir hissəsi Prezident Administrasiyası tərəfindən idarə olunur.

Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan bu cür ittihamların səsləndirilməsinə münasibət bildirib. O, Qaynar.info-ya açıqlamasında deyib ki, müxalifət partiyalarının bir-birini bu cür ittiham etmələri doğru deyil: “Müxalifət daxilindəki vəziyyət ürəkaçan olmasa da, indiki həssas məqamda haqlı tənqid belə söyləməyə çəkinirəm. Hesab edirəm ki, bu, ümumi işimizə zərər gətirər. Ümummilli məsələlərdə müxalifətlə iqtidarın bir araya gəlməsi borcdur, baş ucalığıdır. Məsələn, Qarabağ, erməni təcavüzü, qaçqın və məcburi köçkünlərin hüquqlarının bərpa olunması  məsələsində bir araya gəlmək olar”.


Partiya sədri müxalifət partiyaları ilə iqtidarın ümummilli məsələlərdən başqa əməkdaşlığını arzuolunmaz hesab edir: “İqtidarla müxalifətin Azərbaycanın milli maraqlarına zərbə vuracaq hər bir açıq və ya gizli addımı xalqa xəyanətdir. Gizli sövdələşməyə gedib seçki saxtakarlığına yardım etmək, birbaşa və ya dolayısı ilə mötədil və ya radikal müxalifət adı ilə onun saxtakarlığına şərik olmaq Azərbaycan xalqına qarşı cinayətdir. Bunu konkret olaraq kiməsə aid etmirəm”.

İlkin
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->