Dünya şöhrətli yəhudi aktrisa Natali Portman İsrail hökumətini tənqid edib.
Qaynarinfo xəbər verir ki, aktrisa iyul ayında İsrail parlamenti tərəfindən qəbul edilən Yəhudi Milli Dövlət Qanununu yanlış addım və irqçi adlandırıb. Qanun, 2 fərqli vətəndaş modelini müəyyənləşdirir. Ölkənin 20%-ini təşkil edən ərəblər qərardan sonra 2-ci dərəcəli vətəndaş kimi qəbul edilir.
Qeyd edək ki, Natali Portman bu il "Yəhudi Nobeli" kimi tanınan 2 milyon dəyərə sahib "Genesis" mükafatından imtina etmişdi.
Gülşən
Şərhlər