Xəbər lenti

NATO şərq cinahda
Siyasət 22:50 12.09.2025

NATO şərq cinahda "Şərq gözətçisi" əməliyyatına başlayacağını elan etdi

NATO-nun Baş katibi Mark Rutte alyansın şərq cinahda təhlükəsizliyi gücləndirmək üçün yaxın günlərdə "Şərq gözətçisi" əməliyyatına başlayacağını bildirib.

"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, Brüsseldə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı general Aleksus Qrinkeviçlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Rutte qeyd edib ki, qərar bu yaxınlarda Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra verilib.

Onun sözlərinə görə, əməliyyatda bir sıra alyansa üzv dövlətlər, o cümlədən Danimarka, Fransa, Böyük Britaniya və Almaniya iştirak edəcək.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->