Xəbər lenti

Video 17:44 12.09.2025

"OBA" marketlərdən aztəminatlı əməkdaş övladlarının təhsilinə dəstək (FOTO/VİDEO)

"OBA” marketlər şəbəkəsi sosial məsuliyyət strategiyasının bir hissəsi olaraq əməkdaş övladlarının təhsilinə dəstəyini davam etdirir. Şirkətlər Qrupu tərəfindən artıq 6 ildir həyata keçirilən "Gələcəyini qur” layihəsi bu dəfə də əməkdaş ailələri üçün böyük imkanlar yaradıb. 

Layihə çərçivəsində hər il 10-cu sinifdə təhsil alan əməkdaş övladları seçilərək, iki il müddətində ixtisas üzrə hazırlıq proqramına cəlb olunur. Məqsəd – əməkdaş ailələrinin övladlarının gələcəyinə dəstək olmaq, xüsusilə aztəminatlı ailələrdən olan əməkdaşların övladlarına əlavə imkan yaratmaqdır.

Ötən ildən etibarən bu təşəbbüs OBA marketlər şəbəkəsi tərəfindən icra olunur. Nəticə olaraq, builki mərhələdə 4 əməkdaş övladı, eyni zamanda 2 abituriyent Şirkətlər Qrupundan kənar müraciət əsasında layihədə iştirak edib və uğurlu nəticə ilə tələbə adı qazanıb. 

Qeyd edək ki, yalnız bu il seçilmiş 6 tələbənin təhsilinə şirkət tərəfindən ümumilikdə 30 min manat vəsait ayrılıb. Bu təşəbbüs əməkdaş ailələrinin, eləcə də aztəminatlı ailələrin  gələcəyinə verilən real dəyərin və OBA marketlərin sosial məsuliyyətə sadiqliyinin bariz nümunəsidir.

Layihə çərçivəsində "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimova tələbə adı qazanan gənclərlə və onların valideynləri ilə görüş keçirib. Görüş zamanı tələbələrə uğurlar arzulayıb və onların təhsil yolunu dəstəkləmək məqsədilə hər birinə planşet təqdim edib. Eləcə də digər layihəyə uyğun olaraq həm "Gələcəyini qur” layihəsində iştirak edən, həm də tələbə adı qazanan bütün əməkdaş övladlarına "Təhsil təqaüdü" adlı uzunmüddətli layihə çərçivəsində təqaüd verilir. Sözügedən təqaüd proqramına əsasən 491-dən çox bal toplayan əməkdaş övladlarına hər ay 100 AZN, 591 baldan yüksək toplayan əməkdaş övladlarına hər ay 200 AZN təqaüd verilir. Daha az bal toplayanlara isə birdəfəlik təqaüd təqdim edilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->