Xəbər lenti

Ölü internet nəzəriyyəsi: Hər üç nəfərdən biri saxtadır?
Texnologiya 22:11 12.09.2025

Ölü internet nəzəriyyəsi: Hər üç nəfərdən biri saxtadır?

İnternetdə trafik son illərdə sürətlə artıb və artıq bu dəyişikliklər gözardı edilə bilməz. Amma sual budur: bu trafikin nə qədəri həqiqi insanlardan, nə qədəri isə botlardan ibarətdir? Məhz bu suala cavab axtaran "ölü internet nəzəriyyəsi" son dövrlərdə daha çox müzakirə olunur.

Qaynarinfo xəbər verir ki, "Cloudflare" şirkətinin məlumatına görə, hazırda internet trafikinin təxminən 1/3-i botlar tərəfindən yaradılır. Onların əksəriyyəti birbaşa diqqət çəkmir: çünki əsasən veb-səhifələri tarayır, indeksləyir və ya süni intellekt modelləri üçün məlumat toplayırlar. Lakin sosial mediada saxta şərhlər yazan, süni intellektin danışıq və mətn üslubunu təqlid edən bot hesablar, interneti getdikcə daha "saxta" hiss etdirən hallara səbəb olur.

"OpenAI" şirkətinin qurucusu Sem Altman da bu narahatlığı bölüşür. O, keçən həftə "Anthropic"in "Claude Code" aləti ətrafında yaranmış "Reddit" icmasında bir paylaşım altında "Codex" barədə çoxlu müsbət rəylər oxuduğunu, amma bunların bot hesablar tərəfindən yazıldığı təəssüratına düşdüyünü bildirib. Altman deyib: "Süni intellekt səbəbindən "Twitter" və "Reddit" bir neçə il əvvələ nisbətən indi daha çox saxta görünür".

Altman bu ayın əvvəlində də oxşar fikir səsləndirərək demişdi: "Ölü internet nəzəriyyəsini heç vaxt ciddi qəbul etmirdim, amma indi "Twitter"də çoxlu LLM-lərlə idarə olunan hesabların olduğunu görmək olur".

Ölü internet nəzəriyyəsi nədir?

Bu nəzəriyyəyə görə, internetdəki kontentin böyük hissəsini insanlar deyil, botlar yaradır. Botlar qarşılıqlı əlaqə formalaşdırır, insanlarla ünsiyyət qurur və saxta aktivlik təsiri bağışlayır. Bu da əsasən internetdə gəlir əldə etmək üçün lazım olan "qarşılıqlı əlaqə" tələbinin nəticəsi sayılır.

Üstəlik, "OpenAI" kimi süni intellekt şirkətlərinin inkişafı ilə bu botlar artıq insanları o qədər dəqiq təqlid edə bilir ki, hətta təhlükəsizlik yoxlamalarından keçərək öz hesablarını real istifadəçilər kimi idarə edirlər. Beləliklə, internetdə qarşılaşdığımız hər üç istifadəçidən birinin bot ola biləcəyini nəzərə almaq lazımdır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->