Xəbər lenti

Zaqatalada yüksək dağlıq əraziyə qar yağdı (FOTO)
Ölkə19:37 12.09.2025

Zaqatalada yüksək dağlıq əraziyə qar yağdı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaqatalada yüksək dağlıq əraziyə qar yağıb.
APA-nın  məlumatına görə, bölgədə qeyri-sabit hava müşahidə olunur, fasilələrlə yağış yağış yağıb. Qeyri-sabit hava daha çox Zaqatala və Balakən rayonlarında müşahidə olunub, leysan yağıb.
Dağlara yağan leysan yağışları nəticəsində Tala və Katex çaylarında suyun səviyyəsində kəskin artın müşahidə olunur.
Sentyabrın 11-dən 12-ə keçən gecə Böyük Qafqaz dağlarının cənub ətəyinin Zaqatala rayonunun Yuxarı Tala kəndinin inzibati ərazisinin yaxınlığında Əlibəy dağına qar yağıb.