Xəbər lenti

Naxçıvanda daha bir festival keçirildi (FOTO)
Foto 16:10 08.09.2018

Naxçıvanda daha bir festival keçirildi (FOTO)

Naxçıvanda "Milli geyimlər festivalı” keçirilib. 

Qaynarinfo xəbər verir ki, "Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində təşkil olunan festivalda Naxçıvan Dövlət Filarmoniyasının Qədim Musiqi Alətləri Ansamblı, Naxçıvan Dövlət Filarmoniyasının, Naxçıvan Dövlət Uşaq Filarmoniyasının rəqs qrupları və digər kollektivlər xalq mahnıları, milli rəqslər ifa ediblər. 

Naxçıvanda fəaliyyət göstərən teatrların aktyorlarının ifasında müxtəlif kompozisiyalar təqdim olunub.

Festivalda müxtəlif geyim və rəsm sərgilərində əl işləri, qədim dövrlərə aid muzey eksponatları nümayiş olunacaq. Xanlıqlar dövrünün saray geyimlərindən ibarət dəfilənin nümayişi tədbirə əlavə rəng qatıb. Azərbaycanın bütün bölgələrinə aid milli geyimli gənclərin əllərində oxunması zəruri olan kitablarla festivalda gəzməsi marağa səbəb olub.

Festivalda yerli sakinlərlə bərabər əcnəbi turistlər və "Naxçıvan: İslam Mədənıyyətının Paytaxtı" adlı beynəlxalq konfransa qatılan qonaqlar da iştirak ediblər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->