Naxçıvanda iki tələbə dəm qazından zəhərlənərək ölüb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin Nizami küçəsi 61 ünvanında qeydə alınıb.
Ahmet və Buşra adlı tələbələrin Türkiyə vətəndaşları olduğu deyilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda faktla bağlı araşdırma aparılır.
Şərhlər