“Bu il turizm sektorunda qiymət artımı müşahidə olunmayıb”. ANS PRESS-in məlumatına görə, bu sözləri mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib.
O bildirib ki, bu yay xüsusilə bölgələrdə 2, 3 ulduzlu otellərin fəaliyyətinə uyğun olaraq qiymət və xidmət tarazlığı müşahidə olunub: “Bu bizi sevindirir. Proses davam edəcək və biz bununla qane olmaq istəmirik”.
Nazir həmçinin bildirib ki, Azərbaycan artıq dünya turizm bazarında özünə xas yer tutur: “Məqsədimiz oktyabrın 1-də Səmərqənddə İcrayə Komitəsinin iclasında Azərbaycanın mövqeyinin qorunması və bu beynəlxalq layihələrdə iştirakını genişləndirməkdir. Azərbaycan dünya turizm bazarında kiçik də olsa öz yerini formalaşdırmaqdadır”.
Qaynar.info
Şərhlər