Nazir Ramiz Mehdiyevin baldızı oğlunu vəzifədən çıxardı (ÖZƏL/VİDEO)
Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Vilayət Eyvazovun müvafiq əmri ilə Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə rəis müavini, polis polkovniki Levan Qurskaya vəzifəsindən azad edilərək sərəncama götürülüb.
Qeyd edək ki, Levan Qurskaya Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın prezidenti Ramiz Mehdiyevin yaxın qohumu - baldızının oğludur.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər