Xəbər lenti

Nazirin sonuncu təyinatı bu oldu
Ölkə 16:19 01.12.2025

Nazirin sonuncu təyinatı bu oldu

Naxçıvan Muxtar Respublikası (MR) Perinatal Mərkəzinə direktor əvəzi təyin edilib. 

Qaynarinfo-nun məlumatına görə, bununla bağlı Naxçıvanən səhiyyə naziri Samiq Sadıxov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Perinatal Mərkəzin direktorunun inzibati məsələlər üzrə müavini Quliyev Elnur İsgəndər oğlu gətirilib. 

Qeyd edək ki, bir neçə gün əvvəl Mərkəzin direktoru Günel Abdiyeva işdə yol verdiyi nöqsanlara və vətəndaşların çoxsaylı şikayətlərinə görə vəzifəsindən azad edilib. Sosial şəbəkələrdə iddia edilir ki, Günel Abdiyeva ilə Elnur Quliyev arasında uzun müddət konfilikt var imiş. 

Onu da qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bu gün vəzifəsindən azad edilib. Bu barədə Naxçıvan Ali Məclisinin dekabrın 1-də keçirilən növbəti sessiya iclasında qəbul edilib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->