Xəbər lenti

Zəngəzur dəhlizinin inşası bu tarixdə başa çatacaq
Siyasət 12:41 01.12.2025

Zəngəzur dəhlizinin inşası bu tarixdə başa çatacaq

Azərbaycan Avropa İttifaqının, o cümlədən Aİ-nin "Qlobal Qapı" təşəbbüsü çərçivəsində yeni nəqliyyat kompozisiyasının bir hissəsi olmasını istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə "EU Today"ə müsahibəsində deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

"Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->