Rusiyanın yeni reaktiv dronları döyüş meydanında getdikcə daha çox görünür, lakin ukraynalılar artıq onlara qarşı mübarizə aparmağın yolunu tapıblar – ucuz dron–kəsicilər vasitəsilə.
Qaynarinfo xəbər verir ki, bu barədə "Business Insider”
yazır.
Məlumata görə, Ukraynanın "Sting” adlı dron–kəsici bir neçə reaktiv zərbə PUA-sını uğurla məhv edib.
"Bu bəyanat göstərir ki, Ukrayna sürətlə artan reaktiv hücum təhdidinə qarşı yeni yollar axtarır. Çünki narahatlıq var ki, bu yeni Rusiya dronları o qədər sürətlidir ki, onları ucuz vasitələrlə etibarlı şəkildə vurmaq çətin olacaq”, – nəşr qeyd edir.
Ukrayna Baş Qərargahı bazar günü bildirib ki, Rusiya artıq 138 yeni pilotsuz uçuş aparatı yerləşdirib.
Söhbət "Geran-3” turborеaktiv dronundan gedir – İran istehsalı olan uzunmənzilli "Şahed-238” loitering sursatının rus versiyası. Onun maksimal sürətinin 370 km/saat olduğu güman edilir — bu, hazırda Moskvanın əsas zərbə strategiyasını təşkil edən "Şahed-136” əsasında yaradılmış "Geran-2”nin təxminən 180 km/saat səviyyəsində olan sürətindən xeyli yüksəkdir.
Ukraynalı rəsmilərin sözlərinə görə, "Geran-2”nin qiyməti cəmi 20 min dollar ola bilər.
Buna cavab olaraq Ukrayna ucuz şəkildə "Geran” dronlarını zərərsizləşdirə bilən FPV-dron əsasında kəsicilər hazırlayır. Bunlar yüksək sürət üçün modifikasiya olunmuş kiçik PUA-lardır:
"Hər bir belə dron adətən 2 000–6 000 dollar arasında başa gəlir və hazırda Ukraynanın HHM sisteminin ən vacib elementlərindən biri sayılır. Onlar pulemyot ekipajları və digər tip kəsicilərlə tandemdə işləyir”.
"Sting” kəsicisi belə dronlardan biridir. O, Ukraynanın Wild Hornets şirkəti tərəfindən hazırlanıb və təxminən 345 km/saat sürət yığa bilir.
Lakin "Geran-3”ün meydana çıxması bəzi narahatlıqları artırıb — "Business Insider”in qeyd etdiyi kimi, bu yeni reaktiv dronlar hətta yüksək sürətli ukraynalı kəsiciləri də geridə qoya bilər.
"Əgər bu baş verərsə, müharibə Ukraynanın hava hücumundan müdafiəsindəki əsas problemi yenidən gündəmə gətirəcək: məsrəf məsələsini. Ölkə resurs baxımından məhduddur və ucuz rus dronlarını vurmaq üçün ənənəvi bahalı raketlərdən istifadə edə bilməz”.
Ötən ay yüksək vəzifəli ukraynalı rəsmilər "Business Insider”ə bildiriblər ki, Rusiya "Geran-3” üzərində eksperimentlər aparır və Ukraynanın müdafiə qabiliyyətini yoxlayır. Lakin onlar həmçinin qeyd ediblər ki, Moskva bu yeni dronlardan hələlik məhdud sayda yerləşdirib — bu isə Rusiyanın "Geran-2” kimi kütləvi istehsala tam keçə bilmədiyini göstərir.
Daha əvvəl "Business Insider” yazmışdı ki, Ukrayna müdafiə nazirinin müavini Yuri Mironenko Rusiya ordusunun "Şahed”ləri Ukrayna aviasiyasına qarşı "ov” məqsədi ilə tətbiq etməyə başladığını bildirib. O bunu Moskvanın döyüş taktikasında yeni dönüş adlandırıb.
Onun sözlərinə görə, Rusiya həm yeni modifikasiyalı "Şahed”ləri, həm də digər PUA modellərini sınayır. Məsələn, Rusiya artıq bəzi "Şahed”ləri işğal olunmuş ərazilərdən, Rusiyadan və ya Belarusdan – cəbhə xəttinə yaxın zonalardan anten vasitəsilə operatorların idarə etməsinə imkan verən sxemlə istifadə edir.
Alpər
Şərhlər