Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Əhməd Davudoğlu arasında telefon danışığı olub.
APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, tərəflər ikitərəfli münasibətlərə aid aktual məsələləri və Suriyadakı vəziyyəti müzakirə ediblər.
S. Lavrov həmkarına Suriya üzrə sülh konfransının təşkili ilə bağlı Rusiya-ABŞ-BMT üçtərəfli görüşü haqda məlumat verib. Nazirlər bu mövzu ilə əlaqədar əlaqə saxlamağı davam etdirmək qərarına gəliblər.
Şərhlər