“Qanun” nəşrlər evinin dondurulmuş bank hesabındakı 31 min manat vəsait Vergilər Nazirliyi tərəfindən götürülüb.
Müsavat.com-a daxil olan məlumata görə, Nəşriyyatın bir il ərzində "Azəri-Türk" bankındakı hesabına yığılan bu vəsaitin silinməsi ötən həftə baş verib. Bankdan bildirilib ki, həmin məbləğin mənimsənilməsi nəşriyyatın cərimələnməsi ilə əlaqədardır. Nəşriyyat isə hesab edir ki, nazirliyin həmin vəsaiti mənimsəməsi qeyri-qanunidir. Bunu nəşriyyatın nazirliyin cərimə qərarından məhkəməyə müraciət etməsi və məhkəmə prosesinin hələ bitməməsi ilə izah ediblər.
Qeyd edək ki, ötən ilin fevral ayının 1-də 20 nəfərdən ibarət Vergi əməkdaşları nəşriyyata daxil olaraq sənədləri və kompüterləri müsadirə ediblər. Ondan sonra 100-ə yaxın şəxs- nəşriyyatın işçiləri, eləcə də qurumla əməkdaşlıq edən redaktorlar və tərcüməçilər nazirliyin İstintaq İdarəsi tərəfindən dindirilib. Dindirilən şəxslərdən biri, nəşriyyatın çapçısı evə qayıtdıqdan sonra ürək tutmasından vəfat edib. Nəşriyyatla nazirlik arasında məhkəmə prosesləri hələ də davam edir.
Onu da xatırladaq ki, bu günlərdə Ş.Xuduoğlunun ailəsinə faciəvi hadisə üz verib. Yardımlıdan yas yerindən qayıdan Xuduoğlu ailə üzvləri ilə birlikdə qəzaya uğrayıb və nəticədə həyat yoldaşını itirib, bacısı isə ağır vəziyyətdədir.//musavat.com
Qaynar.info
Şərhlər