Xəbər lenti

Nazirliyin əməkdaşları dünya çempionatında 20 qızıl medal qazandı (FOTO)
İdman 10:29 23.05.2024

Nazirliyin əməkdaşları dünya çempionatında 20 qızıl medal qazandı (FOTO)

Çin Döyüş növlərinin Assosiasiyasının nəzdində fəaliyyət göstərən Azərbaycan Kung Fu federasiyasının milli yığma komandası 16-19 may 2024 cu il tarixində İtaliyanin Peruca şəhərində Kung Fu üzrə Dünya çempionatı və birinciliyində iştirak edib. 

Bu çempionatda və birincilikdə böyüklər, veteranlar, yeniyetmə, gənclər və kadetlerden ibarət olan 25 azərbaycanlı idmançı iştirak edib. Ümumilikdə yarışda 23 ölkədən 870 idmançı öz qüvvəsini sınayıb.

Azərbaycan Kung-fuçulari Kung Funun Sanda növündə 8 qızıl, light sanda növündə 3 qızıl, 2 gümüş,veteranlar arasında light sanda növündə 2 qızıl, yeniyetmə və kadetler arasında light sanda növündə 7 qızıl, 3 gümüş medal qazanıblar. 

Bununla da komanda hesabında birinci yerə layiq görülüblər. Yarışda iştirak edən Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları Rafiq Xudayev dünya çempionu olub, digər əməkdaş Taleh İsayev yarışın ən texnikali idmançısi seçilib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->